Baş Prokurorluq sosial şəbəkələrdə yayılan işgəncə fotoları ilə bağlı məlumat yayıb

Baş Prokurorluq sosial şəbəkələrdə yayılan işgəncə fotoları ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumatda qeyd olunur ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən iyulun 14-dən 15-nə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil olunması, bu cür hərəkətlərdə fəal iştirak edilməsi və xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsi faktları ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə guya bir neçə şəxsin işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkildiyi iddia olunan fotolar yayılıb.
Qeyd olunan fotoların ölkə ərazisində çəkilməsi barədə iddialar tamamilə yalan və uydurma xarakter daşımaqla ictimai-siyasi sabitliyi pozmaq məqsədi güdür və cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edir.
Azərbaycan Respublikası Baş Prokurorluğu qəti olaraq bildirir ki, fotolarda yer alan şəxslər şahid, şübhəli, o cümlədən təqsirləndirilən şəxs və ya hər hansı digər statusda istintaqa cəlb olunmayıb, həmin şəxslərlə əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində heç bir istintaq hərəkəti aparılmayıb.
Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin informasiya sahəsində milli maraqlarına zidd olmaqla qanunvericilik aktlarının tələblərini qəsdən pozaraq həyata keçirilən məqsədyönlü tədbirlərə inamsızlıq yaratmağa xidmət edən, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən dezinformasiyaların yayılması yolverilməzdir.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












