Baş redaktora hökm oxundu

Ağdam Rayon Məhkəməsində Criminal.az saytının baş redaktoru Anar Məmmədovun barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb. Mahir Niftəliyevin sədrlik etdiyi prosesdə hökm oxunub.
Hökmə əsasən, A.Məmmədov Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək qazancından 20 faiz məbləğdə dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işlər cəzasına məhkum edilib.
Cinayət Məcəlləsinin 147.12-ci (böhtan) maddəsi ilə ittihama isə xitam verilib.
Qeyd edək ki, xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə Məlahət Qurbanova müraciət edib.
Şikayətə səbəb “Keçmiş nazir "Lombard Məlahət"i məhkəməyə verdi” - "Torpaqlarımı boşalt...", "Lombard Məlahət"lə sabiq nazirin davası: "Rolls-Royce" mərkəzinin zirzəmisini bölə bilmirlər” başlıqlı məqalələr səbəb olub.
Qeyd edək ki, A.Məmmədovun barəsində 5,5 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası da var. O, 2018-ci ilin iyul ayında Gəncədə baş verən hadisələrlə bağlı rəhbərlik etdiyi saytda dərc edilən yazılara görə məsuliyyətə cəlb edilib. (“Report”)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












