Azərbaycanda 8 nəfərin xəsarət aldığı hadisənin təfərrüatları - FOTO

Tərtərdə 8 nəfərin ağır xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Qarağacı kəndi keçən yolda qeydə alınıb. Kənd ərzisinndə yüksək sürətlə keçən "Hyundai" markalı minik avtomobilin sürücüsü idarəetməni itirərək qarşı tərəfdən gələn “Chevrolet" markalı minik avtomobili ilə toqquşub. “Chevrolet"də olan Bərdə rayon sakini Ə.Sahil, Tərtər rayon sakini H.Hüseyin və Yevlax sakini V.İslam xəsarət alıb. "Hyundai"da isə Tərtər sakinləri Sənan Nəcəfov, A. Sahil və Ə. Elşən, E. Əlturan, Astara rayon sakini A. Aytən və Mingəçevir sakini İ.Gülnaz və A.Ərzuman müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Tərtər sakini H.Hüseyinin sol baldır sümüyünün ağır sınığı olduğundan o elə gecə saatlarında Bakıya gətirilib.
Faktla bağlı araşdırma aparılır.
Fərid
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı















