Astara terminalından aşırılan yüklərin həcmi 50% artıb

Bu ilin yanvar-aprel aylarında Astara terminalından aşırılan yüklərin həcmi ötən ilin eyni dövrünə nisbətən 50% çox olub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a terminalın operatoru - "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi “ADY Express” MMC-nin direktoru Azad Qasımov məlumat verib.
Onun sözlərinə görə, son 3 ildə terminalda gerçəkləşdirilən layihələr, burada yaradılan şərait, istifadə olunan avadanlıqlar və aparılan irihəcmli işlər nəticəsində aşırılan yükün həcmi getdikcə artır: "Əgər 2018-ci ildə terminalın yükburaxma qabiliyyəti sutkada 1 056 ton təşkil edirdisə, 2019-cu ildə həmin göstərici 27% artırılaraq 1 339 tona çatdırılıb. Beləliklə, səylərimiz nəticəsində terminalın işində müsbət dinamika əldə olunub. 2018-ci illə müqayisədə terminalda 2019-cu ildə 38% çox - 400 min tona yaxın yük aşırılıb. Bundan başqa, əgər 2019-cu ilin yanvar-aprel aylarında terminalda 110 min ton yük aşırılıbsa, 2020-ci ilin ilk 4 ayında bu göstərici təxminən 50% çox - 166 min ton yük aşırılıb. Terminalın fəaliyyətə başladığı dövrdə, yəni 2018-ci ildən indiyə qədər isə burada aşırılan yüklərin ümumi həcmi 900 min tona yaxın olub. Bunlar əsasən taxta və taxta məmulatları, tikinti materialları, dənli bitkilər olub”.
Azad Qasımov əlavə edib ki, terminalda nəzərdə tutulan infrastruktur işlərinin həyata keçirilməsindən sonra buradan keçən yüklərin həcminin dəfələrlə artması gözlənilir: “Bununla yanaşı, Şimal-Cənub Beynəlxalq Nəliyyat dəhlizinə əlavə yüklərin cəlb edilməsi istiqamətində işlər həyata keçirilməkdədir”.
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Sürücülərin NƏZƏRİNƏ - VİDEO
WUF13 ilə əlaqədar sərnişinlərə MÜRACİƏT
Bakının 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
AYNA-dan taksi sürücülərinə şad XƏBƏR - Bu qərar onlara aid deyil
Salyan–Şirvan yolundakı təhlükə aradan qaldırıldı - AAYDA-dan AÇIQLAMA - FOTO + VİDEO
Azərbaycanda bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək
İranda müharibə yenidən başlaya bilər – Politoloq səbəbini AÇIQLADI
Yanacaq bahalaşır, yollarda sürət aşağı düşür
Taksilərlə bağlı sərəncam imzalandı – Bu sürücülərin kartı ləğv edilir
Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır










