Bayram günləri nəqliyyat və rabitə qurumları gücləndirilmiş iş rejimində çalışacaq

Bayram günlərində əhali fasiləsiz nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə təmin ediləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, nazirlik bayram günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
Məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.
Mayın 24-25-də Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən “Şəbəkə” xidmət mərkəzləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Mərkəzlər digər bayram günlərində isə saat 09:00-dan 17:00-dək əhaliyə xidmət göstərəcək.
Vətəndaşlardan qarşılaşdıqları müvafiq problemlərlə bağlı “1655” nömrəli “Qaynar xətt”lə əlaqə saxlamaları xahiş olunur.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










