“Bayramı toplu halda qeyd etsək, ziyarətlər təşkil etsək, yoluxmalar daha da artacaq” - Millət vəkilindən çağırış

Əgər biz qoyulan qaydalara əməl etməsək, bayramı toplu halda qeyd etsək, ziyarətlər təşkil etsək, şübhəsiz ki, yoluxmalar daha da artacaq. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, koronavirusla mübarizədə Azərbaycan artıq post-karantin dövrünə başlayıb və post-karantin dövrünə məhdudiyyətlərin bir qədər yumşaldılması təəssüflər olsun ki, vətəndaşlarımız tərəfindən məsuliyyət hissinin azaldılması ilə müşahidə olunur.
Deputatın sözlərinə görə, son zamanlar yoluxmaların sayında artım müşahidə olunub: “Bu, hər birimizi narahat etməlidir və düşündürməlidir. Zərərli meyillərdən biri də sosial şəbəkələrdə bəzi insanların “koronavirus epidemiyası yoxdur, bu, siyasi oyundur, bundan qorxmağa ehtiyac yoxdur” kimi düşmən cəbhəsinə xidmət edən çağırışların olmasıdır. Bu çağırışlar olduqca təhlükəlidir və insanları birbaşa xəstəliklə üz-üzə qoymağa, virusa yoluxdurmağa yönələn bir addımdır.
Hesab edirəm ki, biz bununla mübarizə aparmalıyıq, maarifçilik tədbirləri görməliyik, qınamalıyıq və eyni zamanda qanunvericilik səviyyəsində bu məsələni müzakirə etməliyik. İnsanları bu cür yanlış məlumatlandırmağa görə inzibati və cinayət məsuliyyəti ilə cəzalandırmaq haqqında düşünməliyik.
Digər bir məsələ bayram günlərində insanların daha sərbəst şəkildə toplaşması ilə bağlı çağırışlardır. Bunlar da doğru olmayan çağırışlardır və hər bir vətəndaşımız anlamalıdır ki, dövlət onların sağlamlığı üçün hər şeyi edir. Unutmayaq ki, koronavirusa qalib gəlmək hələ dünyanın heç bir ölkəsində mümkün olmayıb. Bu virusun tam dərmanı və ya vaksini tapılana qədər qoyulan qaydalara əməl etməliyik”. (Trend)
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










