Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs tutulub

Paytaxtda quldurluq edən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, mayın 16-da saat 3 radələrində Abşeron rayonunun Gənclər şəhərciyi ərazisində rayon sakini X.Quliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində əyləşərək M.Ə.Rəsulzadə qəsəbəsinə gedəcəyini bildirən şəxsin həmin ünvanda sürücünü bıçaqla hədələyərək 20 manatını alması barədə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə məlumat daxil olub. Quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini S.Ağayev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Mayın 16-da Bakı şəhər sakini X.Hüseynzadənin mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri İ.Quliyev və H.Abdullayev isə Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.
Hər iki faktla bağlı təhqiqat aparılır.
Namiq Musayev
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











