Bakıda uşaq bağçası, restoran və “play station”dan oğurluq edilib - FOTO

Bakının Nəsimi rayonu A.Məhərrəmov küçəsində yerləşən uşaq bağçalarından birindən oğurluq edilib. Naməlum şəxs pəncərədən içəri daxil olaraq oradan kompüter avadanlıqları və müşahidə kamerasının yaddaş blokunu oğurlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, Ağdaş rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Habil Seyidov saxlanılıb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun Nəsimi rayonu A.Məhərrəmov küçəsində yerləşən “Rus Dili Mərkəzi”ndən, həmçinin 3 kafe və 1 “play station” salonundan ümumilikdə 4 televizor, oyun aparatları və sair qiymətli əşyalar oğurladığı məlum olub. Habil Seyidov zərərçəkən obyekt sahiblərinə ümumilikdə 10 min manata yaxın maddi ziyan vurub.
Qeyd edilən xüsusatlarla saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Silsilə cinayətlər törətməkdə şübhəli bilinən Habil Seyidov tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.
Namiq Musayev
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












