Bakıda xəttə çıxan avtobusların sayı artırılacaq? - BNA-dan CAVAB

Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatı nəzərə alınaraq gündəlik olaraq xəttə çıxan avtobusların sayı və intervalı nəzarətdə saxlanılır.
Avtosfer.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA)mətbuat katibi Mais Ağayev bildirib.
M.Ağayev qeyd edib ki, səhər və axşam saatlarında sərnişin axını daha çox olan istiqamətlərdə müntəzəm və ekspres xətlər üzrə daşımalara əlavə sayda avtobuslar cəlb edilir: "Gündəlik olaraq Bakı şəhəri üzrə 1820 ədəd avtobus xəttə buraxılır ki, onunda 830 ədədə yaxını ətraf kənd və qəsəbələr istisqamətində hərəkət edir. İlk dəfə olaraq sərnişindaşımalara 20 ədədə yaxın 18 metrlik avtobuslar da buraxılıb. Ümumilikdə hazırda xəttə çıxan avtobusların sayı təhsil müəssisələrinin fəaliyyətinin dayandırıldığı yay mövsümü ilə müqayisədə 15 % çoxdur. Belə ki, ötən yay mövsümündə ümumi sərnişin tələbatının azalması fonunda gündəlik olaraq xəttə 1600 ədədə yaxın avtobus çıxarılıb".
"Həmçinin, müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcılara avtobusların maksimum sayda xəttə çıxarılması və hərəkət intervalının azaldılmasına dair rəsmi tapşırıq verilib. Sosial məsafənin qorunması, maskadan istifadə və COVİD-19 infeksiyasının proflaktiksına dair digər qaydaların təşviqi məqsədi ilə davamlı olaraq maarifləndirmə tətbirləri də həyata keçirirlir. Qısa vaxtda 1400 avtobusda sərnişinlərlə sürücü fiziki təmasını aradan qaldıran arakəsmələr quraşdırlıb.
Eyni zamanda bildiririk ki, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, dayanacaqlarda, avtobuslarda eləcə də digər ictimai yerlərdə sosial məsafənin saxlanılması və maska taxılması birbaşa vətəndaşların sosial məsuliyyəti ilə bağlıdır",-deyə BNA rəsmisi qeyd edib.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












