"MAZ"dan qanunsuz dərman preparatları aşkarlanıb - FOTOLAR

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "MAZ" markalı yük avtomobili saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı qoşqunun altındakı boşluqda gömrük nəzarətindən gizlədilən müxtəlif adda 35 qutu dərman preparatları və 60 qutu tibbi ləvazimatlar aşkar edilib. Bununla belə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına "DAF" markalı nəqliyyat vasitəsilə ilə yük aparan Azərbaycan Respublikası vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı vətəndaşın üzərində olan şalvarın sol cibindəki siqaret qutusunun içərisində gömrük nəzarətindən gizlədilən 1 ədəd sellofan bükümdə ümumi çəkisi 2 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Namiq Musayev

Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










