Çimərliklərlə bağlı yeni qaydalar hazırlanır

“Çimərliklərlə bağlı komissiya yaradılıb, qaydalar hazırlanıb”. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
E.Əzizov deyib ki, ola bilər ki, bəzi çimərliklərdə sıxlıq yaransın: “Biz bununla bağlı elektron sistem üzərində düşünürük. Vətəndaş evdən çıxmazdan əvvəl elektron sistemlə yer sifariş edə bilər”.
Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə bildirib ki, TƏBİB-in turizm məkanları ilə bağlı tibbi-metodik göstərişlər çimərliklərə də aiddir.
İ.Məmmədov deyib ki, həmin yerlərdə hüquqi şəxslər sosial məsafənin qorunmasına nəzarət edəcəklər: “Ola bilər ki, çimərliyin özünün də spesifik tələbləri olsun”.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə çimərliklərə nəzarətlə bağlı yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verildiyini bildirib.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












