“Dədə Qorqud” tankeri təmir olunub - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat Donanmasına məxsus “Dədə Qorqud” tankeri təmir olunub. QSC-dən Avtosfer.az-a verilən məlumata görə, “Zığ” gəmi təmiri və tikintisi zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, əsas göyərtəsi tam təmizlənərək rənglənib. Baş və köməkçi mühərrikləri təmir olunub.
Bundan başqa, gəmi üzrə boru, elektrik quraşdırma və avtomatika işləri də həyata keçirilib. Heyətin yaşayış otaqlarında və yeməkxanasında da təmir aparılıb.
Təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.
“Dədə Qorqud” tankerin uzunluğu 149,9, eni 17,3 metr, yükgötürmə qabiliyyəti 13 min tondur. Tanker eyni vaxtda bir neçə növ neft və neft məhsulları daşımaq üçün nəzərdə tutulub.
Namiq Musayev
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











