DİN vətəndaşlara karantinlə bağlı müraciət etdi - DİQQƏT - VİDEO
Daxili İşlər Nazirliyi mayın 18-dən karantin rejiminin yumşaldılması ilə bağlı məlumat yayıb. DİN-dən Avtosfer.az-a daxil olan məlumatda bildirilir.
"Məlum olduğu kimi Nazirlər Kabineti yanında Operativ Qərargah yeni növ koronavirus infeksiyası ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin 2020-ci il may ayının 18-i saat 00:00-dan etibarən yumşaldılmasına qərar verib.
Bununla əlaqədar Daxili İşlər Nazirliyi vətəndaşların diqqətinə çatdırır ki, uzun müddətli proses olan koronavirus infeksiyasına qarşı mübarizədə böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir.
Risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin isə evdən yalnız zəruri hallarda çıxmaları, insanların sıx toplaşdığı məkanlara getməmələri və qoruyucu vasitələrdən istifadə etmələri tələb olunur.
Eyni zamanda, Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış qadağasının davam etməsi nəzərə alınmalı, bütövlükdə qüvvədə saxlanılmış məhdudiyyətlərə riayət olunmalıdır".
Emin
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












