BDU-nun tələbələrinin zəhərlənməsinə görə yataqxana direktoru ev dustağı edildi

Noyabrın 21-də Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Şəkər Xasmətovanın zəhərlənərək vəfat etməsi, 1998-ci il təvəllüdlü Dilrubə Quliyeva və Həmidə İbadovanın isə zəhərlənərək həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid xəsarət almaları faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla Baş Prokurorluğun İstintaq İdarəsində istintaq aparılıb.
Baş Prokurorluqdan Avtosfer.az-a verilən məlumata görə, istintaqla yataqxananın komendantı və tələbə şəhərciyinin direktoru vəzifəsini icra edən Pərvaz Əsgərovun işinə və xidməti vəzifəsinə vicdansız və laqeyd münasibət bəsləyib vəzifəsini yerinə yetirməyərək yataqxananın birinci mərtəbəsində yerləşən ümumi hamam otağında özbaşına axar su qızdırıcılarının və onlara birləşdirilmiş tüstü bacalarının düzgün quraşdırılmasını, onlara müvafiq texniki xidmət göstərilməsini təmin etməyərək ehtiyatsızlıqdan 2 nəfərin ağır zərər vurmaya aid xəsarət almalarına, 1 nəfərin isə ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Pərvaz Əsgərov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. 2 sentyabr 2020-ci il tarixdə cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












