Belçikada ermənilərin azərbaycanlılara hücumunun detalları - VİDEO

Belçikada ermənilərin hücumuna məruz qalan Cahandar Zahid İTV kanalına hadisənin təfərrüatı barədə məlumat verib. Məlumata görə, soydaşımız 50 nəfər erməninin hücumuna məruz qaldıqlarını, bununla belə onların istədiklərini yerinə yetirmədiklərini bildirib: “Ayın 23-ü Brüssel səfirliyində ermənilərin mitinqi var idi. O mitinqə qarşı olaraq azərbaycanlılar ora yığışmışdı. Qanun var idi ki, darvazadan keçdinsə, oradan çıxa bilmərsən. Biz bunu qəbul etmədik. Biz oradan çıxdqıdan sonra darvazalar bağlandı və ermənilər içəridəki azərbaycanlıları daşlamağa başladılar. Polislər heç bir müdaxilə etmədilər, meydanı ermənilərə buraxdılar. Sanki ermənilərin tərəfində idilər. 2 saat aksiya davam etdikdən sonra yumurta atmağa başladılar, azərbaycanlı xanımı yaraladılar. Orada qardaşlarımızı yaraladılar. Mitinq dağıldıqdan sonra biz oöz yolumuzla gedərklən 10 nəfər erməni qarşımıza çıxdı. Biz 4 dost onları zərərsiz hala gətirdik, üzləri tanınmaz hala qalmışdı. Onlar iki maşına minib qaçdılar və o anda gördük ki, arxamızda 50 nəfər var. Biz Azərbaycan oğulları olaraq, şəhidlərimizin qanı qarşısında utanmamaq üçün qaçmadıq. 50 nəfərin içinə girdik, əlimizdən gələn qədər savaşdıq. Heyf ki, taqətimiz qalmadı, yerə yıxıldıq, ermənilər vəhşicəsinə üstümüzə cumdular. Sonda polislər insafa gəlib müdaxilə etdilər. Daha da pis nəticələr ola bilərdi. Biz orada fiziki cəhətdən ağır xəsarətlər aldıq, lakin mənəvi cəhətdən qalib gəldik. Biz onların dediklərini etmədik”.
Cahandar Zahid “ermənilərin istədikləri nə idi” sualına belə cavab verib: “Onların istədikləri Azərbaycanı, Azərbaycan Prezidentini, əsgərlərimizi təhqir etməyimiz, Ermənistandan üzr istəməyimiz, haqlı olduğumuz halda işğalçı, quldur milləti tanınmayan məxluqlarıdan üzr istəməyimiz idi. Son nəfəsimizə qədər vuruşduq və heç birimizdən istədikləri videonu ala bilmədilər. Biz məğlub olmadıq. Onların istədiklərini əllərinə vermədik”.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












