Elçin Quliyevin daha bir zabiti həbs edildi - QƏRAR
Gündəm
20 May 2020 15:31

Arif Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib.
Dövlət Sərhəd Xidmətinin daha bir yüksək rütbəli zabiti barəsində cinayət işi başlanıb. Avtosfer.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma-qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən polkovnik Abdullayev Arif Cəfər oğlu barəsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, may ayının 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. May ayının 15-də isə Dövlət Sərhəd Xidmətinin bir qrup yüksək rütbəli zabiti Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib. Bunlar DSX-nın rəisi Elçin Quliyevin müavini, general Əfqan Vəli oğlu Nağıyev, zabitlər Vəliyev Elçin Vaqif oğlu, Əzizov Samiq Yusif oğlu, Namazov Müzəffər Qafil oğlu, Pənahov Nemət Hacı oğlu, Muradov Sakit Yusif oğlu və Quliyev Xalis Xudamurad oğludur. /Yeni Sabah/
Oxunub : 2218
DİGƏR XƏBƏRLƏR
2 Oktyabr 2026 20:13
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
2 Oktyabr 2026 20:05
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
2 Oktyabr 2026 20:00
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
2 Oktyabr 2026 18:40
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
2 Oktyabr 2026 18:06
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
2 Oktyabr 2026 15:41
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
2 Oktyabr 2026 14:41
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
2 Oktyabr 2026 09:30
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
1 Oktyabr 2026 21:30
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
1 Oktyabr 2026 18:05
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
1 Oktyabr 2026 12:30
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
1 Oktyabr 2026 10:23
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
ŞƏRH YAZ











