“Belə davam etsə, uzunmüddətli sərt karantin rejiminə keçmək gündəmə gələ bilər”

Azərbaycanda koronavirusa yoluxan asimptomatik xəstələrin evdə müalicəsi ilə bağlı protokollar hazırdır. Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.
V.Əliyev qeyd edib ki, imkan çatdıqca koronavirusa yoluxan xəstələrin evdə deyil, xəstəxanalarda müalicəsinə çalışmaq qarşıya məqsəd qoyulub: “Çünki xəstənin həkim və ailə üzvlərinin nəzarətində olması fərqli hallardır. Təbii ki, ilk günlərdə asimptomatik vəziyyətdə olan xəstələrin də kliniki vəziyyəti sonradan gələcəkdə ağırlaşa bilər. Bu zaman zəmin xəstələr xəstəxanada olmadığına görə onların durumlarının daha da ağırlaşması ehtimalı var. Buna görə imkanımız çatana qədər asimptomatik, yüngül formada olan xəstələrin də xəstəxanada müalicəsinin tərəfdarıyıq ki, ölüm riski aşağı düşsün. Amma gələcəkdə xəstəlik daha çox vüsət alarsa və artıq formada xəstələr xəstəxanaya yerləşdirildikdən sonra çarpayı çatışmazlığı olarsa, o zaman yüngül formada olan xəstələr evdə olacaq və onlara sahə həkimi tərəfindən ambulator tibbi xidmət göstəriləcək. Bununla bağlı protokollar hazırlanıb və son olaraq gözdən keçirilir. Belə davam etsə, iki günlük sərt karantin nəticə verməzsə, yoluxma artarsa, asimptomatik xəstələrin evdə müalicəsinə, o cümlədən uzunmüddətli sərt karantin rejiminə keçmək gündəmə gələ bilər. Asimptomatik xəstələrə Avropa və digər ölkələrdə bu cür xidmət göstərilirdi”. (APA)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











