Belə karantin olmaz! - Biri başsağlığına gedir, o biri parkda gəzişir...

“Təəssüf ki, vətəndaşların bir qismi karantin rejiminə əməl etmir”.
Avtosfer.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Polis polkovniki karantin rejimilə bağlı əhaliyə evdən çıxmamağı tövsiyə edib:
“Hamı evdə qalsın, mümkün qədər çıxmasınlar. Bildiyiniz kimi, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti də qadağan edilib. Bunun özü elə hamıya olduğu şəhərdə, rayonda, evdə qalmağı təlqin edir”.
DİN rəsmisi insanlara müraciət edərək təhlükənin miqyasının böyük olduğunu vurğulayıb:
“Artıq ölkə daxilində yoluxmalar var, bunun ciddiliyini nəzərə almaq və evdə oturmaq lazımdır. Ehtiyac olmadan evinizi tərk etməyin. Burada kiminsə hüquqlarının pozulmasından söhbət gedə bilməz. Burada müzakirə mövzusu insanların sağlamlığıdır ki, bunu da hamı dərk etməlidir. Karantin rejiminə riayət etməyənlərlə hər birimiz sözün əsl mənasında mübarizə aparmalıyıq. Yoxsa karantin rejimi elan olunub, biri qonaq gedir, o biri başsağlığına gedir, başqa biri heç nə olmamış kimi parkda gəzişir. Belə karantin olmaz axı! İnsanların sağlamlığı ilə oynamaq olmaz”.
Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilsə də vətədaşlar qoyulan qadağalara riayət etmirlər. Bu səbəbdəndir ki, artıq bölgələrin giriş-çıxışında da postlar qurulub və digər rayonlara da giriş-çıxış məhdudlaşdırılıb. Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə isə ölkədə 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək. Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılacaq, “Bakı Metropoliteni” 5 saatlıq iş rejiminə keçəcək.
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










