Benzin qiymətlərinə görə neçənciyik?

Dünyada benzinin orta qiyməti 1 litr üçün 1,35 ABŞ dolları təşkil edir.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə məlumat həftəlik "Global Petrol Prices" hesabatında yer alıb.
Hesabata görə, benzinin ən bahalı qiyməti Honq-Konqda litr üçün 3,212 ABŞ dolları olub.
Benzinin aşağı qiymətləri reytinqində birinci yeri litri 0,029 ABŞ dolları ilə İran tutub. TOP 3-ə həmçinin Liviya (litr üçün 0,031 ABŞ dolları) və Venesuela (0,035 ABŞ dolları) daxildir.
İlk onluqda 8-ci yerdə Türkmənistan litri 0,428 ABŞ dolları ilə qərarlaşıb.
TOP 15-də Qazaxıstan - 13-cü yeri (1 litr üçün 0,554 ABŞ dolları) və Azərbaycan - 15-ci yeri (litr üçün 0,588 ABŞ dolları) tutub.
16-cı yerdə Rusiya litr üçün 0,609 ABŞ dolları ilə qərarlaşıb.
Azərbaycanda “Aİ-92” markalı avtomobil benzini hazırda yalnız BNEZ-də istehsal olunur. Onun pərakəndə satış qiyməti litri 1 manatdır.
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO












