Bərdədə karantin rejimini pozan sürücü saxlanılıb - FOTO

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində elan edilmiş karantin rejimi qaydalarını pozaraq Bərdə rayonundan Bakıya gətirmək üçün sərnişin daşımağa cəhd edən rayon sakini Elşən Abdullayev saxlanılıb. O, idarə etdiyi “Reno” markalı avtomaşınla sərnişinləri Bakıya gətirəcəyini vəd edərək, kəndarası yollarla rayondan çıxmağa cəhd edib. Polis əməkdaşları tərəfindən saxlanılan E.Abdullayev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada məhkəmənin qərarı ilə 30 sutka həbs edilib.
Namiq Musayev

Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO












