“Bəs belə güclü ordu işğalçıya niyə layiq olduğu yeri göstərə bilmir?” – Səfər Əbiyev

Avtosfer.az xəbər verir ki, Səfər Əbiyev Silahlı Qüvvələrimizin indiyədək işğalçını niyə torpaqlarımızdan qovub çıxara bilməməsi səbəblərinə aydınlıq gətirib:
"Azərbaycanın Tovuz rayon istiqamətində erməni silahlı bölmələrinin dövlət sərhədimizi qəflətən ağır silahlarla atəşə tutması regionda hərbi-siyasi vəziyyəti kövrək duruma gətirib çatdırdı. Üç gün davam edən şiddətli döyüşlərin geniş müharibəyə çevrilmə ehtimalı yüksək idi. Sərhədə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrimizə artilleriya qurğularından açılan atəşlər müəyyən narahatlıqlar yaratsa da, peşəkar döyüş ruhuna malik olan Azərbaycan ordusunun layiqli və kəskin cavabından sonra düşmən tərəf təcavüzünü dayandıraraq geri çəkilməyə məcbur oldu. Növbəti həmlələr olacağı təqdirdə düşmənin ordumuz tərəfindən daha ağır zərbələr alacağı qaçılmaz olacaq.
Ermənistanın quldur hakimiyyəti və işğalçı ordusu Azərbaycan SQ-nin şiddətli əks hücum zərbələrini bəlkə də heç ağlına gətirmirdi. Lakin qəhrəman əsgərimiz ona öz yerini göstərdi. Mən burada bir haşiyə çıxmağa lüzum görürəm. Uzun illər həm rəhmətlik Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Ordusuna rəhbərlik etdiyim zamanlardan əsgər və zabitlərimizin hərbi bilik və döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu görmüş və bu ordu ilə həqiqətən fəxr duymuşam.
Ordu çox həssas bir qurumdur. Müasir silahları idarə etmək üçün savadlı və hərbi biliklərə yiyələnmiş zabit korpusunun yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu mənada qabaqcıl dünya ordularından heç də geri qalmayan ordu kadrlarımızın ərsəyə gəlməsində, yeni və digər təkmilləşdirilmiş ağır silahları nizamlaya biləcək müasir hərbi savad və qabiliyyəti ilə seçilən zabitlərimizin hərbi idarəetməyə cəlb edilməsində problemlər çoxdan arxada qalmışdır.
Sual verilə bilər ki, bəs belə güclü ordu işğalçıya niyə layiq olduğu yeri göstərə bilmir? Öncə deyim ki, Ali Baş Komandanın rəhbərliyi ilə bu xoşbəxt günü görmək hamımıza qismət olacaq. Əgər düşmənin arxasında dayanan havadarı geri durarsa, qısa müddətdə onu diz çökdürməyə qadir ordumuz vardır. Buna heç kimin şübhəsi olmasın". (Moderator.az)
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər












