Beyləqanda karantin rejimini pozan 82 nəfərə protokol tərtib edilib - FOTO

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, mütəmadi olaraq küçə və prospektlərdə post patrul maşınlarından səsgücləndiricilər vasitəsi ilə operativ qərargahın tələbləri səsləndirilir. Həmçinin qonşu rayonlarla sərhəddə postlar qurulub, rayona giriş-çıxış nəzarətə götürülüb. Bundan başqa əhalinin sıx toplaşacağı ərazilər də polis tərəfindən müşahidə altında saxlanılır. Sakinlərə sosial məsafənin qorunması və digər təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur. Eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir, qaydanı pozan şəxslər cərimələnir. Ümumilikdə rayon ərazisində 82 nəfərə protokol tərtib edilib, 3 nəfər inzibati qaydada həbs edilib. Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.
Namiq Musayev




Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO












