Beyləqanda mağazadan oğurluq edən şəxs saxlanılıb - FOTO

Aprel ayının 17-də Beyləqan rayon sakini T. Yunisli RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus mağazadan oğurluq edilməsi barədə məlumat verib. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, məlumatla əlaqədar Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Dadaşbala Mürşüdov saxlanılıb. Araşdırmalarla onun mağazadan 5 ədəd mobil telefon, 1 ədəd səsgücləndirici və 1 ədəd qulaqcıq oğurlamaqla zərərçəkmişə 1560 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.
Namiq Musayev
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











