Beynəlxalq tədbirlər zamanı ictimai nəqliyyatdan istifadəyə üstünlük veriləcək

Azərbaycanda aktiv, passiv, ekoloji və qəzasonrası təhlükəsizliyi yüksək olan nəqliyyat vasitələrindən istifadənin təbliği və təşviqi, şəxsi avtomobillərdən istifadənin azaldılması istiqamətində mütəmadi təbliğat-təşviqat işinin təşkili, həmçinin əhalinin ictimai nəqliyyata etimadının yüksəldilməsi, o cümlədən ictimai nəqliyyat xidmətinin keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin artırılması üçün davamlı təbliğat-təşviqat işi aparılacaq.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.
Kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə, əhalinin ictimai nəqliyyata etimadının yüksəldilməsi, bu sahədə xidmətin keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin artırılması və ölkəmizdə təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirlər zamanı əhalinin ictimai nəqliyyatdan istifadəyə təşviq edilməsi, bu işdə aktiv təbliğatın aparılması nəzərdə tutulub.
Bununla bağlı icraçı qurum qismində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi (BNA), Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Avtomobil Federasiyası mütəmadi olaraq iş aparacaq. Həmin qurumlar qeyd edilən istiqamətlər üzrə mütəmadi olaraq iş aparacaq. ("Report")
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












