Beynəlxalq uçuşları bərpa edilir

Çin Mülki Aviasiya Administrasiyası bir neçə aylıq fasilədən sonra paytaxt Pekinin hava limanlarının beynəlxalq uçuşları qəbul etməsinə icazə verib.
İlkin mərhələdə Pakistan, Kamboca, Tailand, Danimarka, Avstriya, Kanada, İsveç və Yunanıstandan Pekinə uçuşlar bərpa ediləcək. Kambocanın paytaxtı Pnompendən gələn təyyarə martdan sonra Pekinin hava limanına xaricdən ilk uçuş olacaq. Hazırda gündəlik maksimum min sərnişinin xaricdən Pekinə daxil olmasına icazə verilib. Pekinə yalnız Çin vətəndaşları və uçuş məntəqəsinin olduğu ölkənin vətəndaşları uça bilər. Başqa sözlə, əcnəbilərə tranzit reyslərlə Pekinə uçuşuna icazə verilmir.
Qaydalara əsasən, Çin paytaxtına xaricdən gələn bütün sərnişinlərdən koronavirus testinin neqativ nəticəsini təqdim etmək tələb olunur. Bundan başqa, sərnişinlər öz hesabına 14 gün karantində qalmalıdırlar.
Qeyd edək ki, Çin Mülki Aviasiya Administrasiyası COVID-19 pandemiyası ilə əlaqədar martda paytaxta xaricdən uçuşları dayandırmışdı. Pekin üçün nəzərdə tutulan bütün təyyarələr digər şəhərlərin hava limanlarında qəbul edilirdi. (AZƏRTAC )
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?
Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO










