"Bəzi bankların bağlanması bu sektorda sağlamlaşmaya xidmət edir" - İqbal Məmmədov

Azərbaycan Mərkəzi Bankı "AGBank" ASC və "NBCBank" ASC-ni öz müvəqqəti idarəetməsində saxlayıb, "AtaBank" və "AmrahBank"ın lisenziyalarını ləğv edib. "AGBank" ASC və "NBCBank" ASC-nin bağlanması insanlarda banklara olan inama necə təsir edəcək?
Avtosfer.az-ın məlumatına görə sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, bu gün Azərbaycanda hər bir sahədə olduğu kimi bank sektorunda da islahatlar aparılmaqdadır. Aparılan bütün islahatlar hər bir Azərbaycan vətəndaşının yaxşı yaşamasına xidmət edir. Bu gün əgər bank öz üzərinə düşən işi yetərincə yerinə yetirə bilmirsə, müştərilərini və sahibkarları incidirsə, onun bağlanması daha məqsədəuyğundur. Hesab edirəm ki, öhdəliklərini yerinə yetirə bilməyən bankların vaxtında bağlanması doğru addımdır. Bu bank sektorundakı sağlamlaşmanın tərkib hissəsidir. Sadəcə o banklarda çalışan mütəxəssislərin işlə təmin olunması istiqamətində müvafiq addımlar atılmalıdır. Düşünmürəm ki, iki bankın bağlanması ölkədə insanlara banka olan inamı azaltsın. Əksinə, fəaliyyəti zəif olan bankların bağlanması vətəndaşlarımızda bankalara olan inam və etibarı artırır. Sadəcə narahatedici məsələ bağlanan banklarda çalışanların işlə təmin olunmasıdır. Qeyd edim ki, yaxşı bank mütəxəsssisi yetişməsi üçün uzun müddət tələb olunur. Ona görə də düşünürəm ki, həmin banklardakı işini bilən mütəxəssislər digər banklarda və maliyyə qurumlarda yerləşdirilməlidir. Ümumilikdə isə ölkəmizdə aparılan bütün islahatlar ölkə iqtisadiyyatının inkişafına və insanlarımızın sosial rifahının yaxşılaşdırılmasına xidmət edir".
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












