Bəzi marşrut avtobusları yenidən dezinfeksiya edilib, sürücülər üçün arakəsmə yaradılıb - VİDEO

Bakıda sərnişin avtobusları yenidən dezinfeksiya edilib. Bununla yanaşı, sürücü kabinəsi olmayan avtobuslarda şəffaf arakəsmələr yaradılıb.
Avtosfer.az xəbər verir ki, BNA-nın rəsmisi Mais Ağayevin APA-ya verdiyi məlumata görə, artıq sərnişindaşımalara cəlb edilən 1400-dən artıq avtobusda şəffaf kabinə quraşdırılması təmin edilib. Bildirilib ki, 553 avtobusda istehsalçı tərəfindən quraşdırılan kabinələr mövcuddur. Digər avtobuslarda da arakəsmələrin quraşdırılması üçün iş aparılır.
62 nömrəli müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslarda da sözügedən kabinələr yaradılıb. Bununla yanaşı, həmin marşrut xəttinə məxsus istehsalat bazasında 31 avtobus hər gün axşam saat 21:00-dan sonra yuyularaq dezinfeksiya edilir.
Qeyd edək ki, paytaxtda yerləşən 30 qarajda ümumilikdə 2100-ə yaxın avtobus yuyulduqdan sonra dezinfeksiya edilir.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












