Bəzi şəxslərin pensiyası 50 faiz artırıla bilər-TƏFƏRRÜAT - VİDEO

Bəzi şəxslərin pensiyalarının hesablanması qaydasında dəyişikliklər olacaq.
Bunu millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə "Əmək pensiyaları haqqında" qanuna təklif edilən son dəyişikliyə əsasən, işləyən vətəndaşların pensiyalarının hesablanması qaydasında yeniliklər nəzərdə tutulub. Millət vəkili qeyd edib ki, yeni qaydalara əsasən, işləyən, amma pensiya yaşı tamam olan vətəndaşların 6 ildən bir pensiya kapitalına uyğun olaraq pensiya məbləğləri avtomatik olaraq artırılacaq. Pensiyalar hesablanarkən hər hansı bir sənəd toplamağa da ehtiyac olmayacaq. Proses elektron qaydada həyata keçiriləcək. Vüqar Bayramov bildirib ki, yeni mexanizm 7 minə yaxın şəxsi əhatə edəcək. Yeni qaydalardan sonra pensiya katpitalından asılı olaraq pensiyaların məbləği 50 faizə qədər arta bilər. Millət vəkili onu da əlavə edib ki, dəyişikliklər Milli Məclisin gələn həftə keçiriləcək plenar iclasında müzakirə olunacaq.
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI











