Bəzi stansiyalarda vaqon tərəziləri quraşdırır

"Azərbaycan Dəmir Yolları" QSC daşınan inersiyalı yüklərin çəkisinə nəzarət etmək üçün bir sıra stansiyalarda yeni vaqon tərəziləri quraşdırmağı planlaşdırır. Avtosfer.az xəbər verir ki, bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən məlumat verir.
Məlumatda deyilir ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli iclası zamanı verilmiş tapşırıqların icrası məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən aşağıdakı işlər həyata keçirilib:
- İnersiyalı yüklərin dəmir yolu ilə daşınması məqsədilə 1000 ədəd yarımvaqon və 200 ədəd platforma vaqonları alınaraq istismara buraxılıb;
- Binə, Dübəndi, Zabrat stansiyalarında xüsusi yükboşaltma məntəqələri yaradılıb və Mingəçevir şəhər, Bərdə və Vətəgə stansiyalarında yük doldurma sahələri bərpa edilib. Eyni zamanda tələbata uyğun olaraq zərurət yarandığı təqdirdə, digər müvafiq stansiyalarda da inersiyalı yüklərin boşaldılması üçün zəruri mobilliyi olan meydançaların yaradılması planlaşdırılır;
- Dəmir yolunda inersiyalı yüklərin yarımvaqonlarda daşıma normalarının müəyyənləşdirilməsi məqsədilə müvafiq işçi komissiya yaradılıb və bu iş daim nəzarətdə saxlanılır;
- Daşınan inersiyalı yüklərin çəkisinə nəzarət etmək məqsədilə Keşlə stansiyasında yeni vaqon tərəzisi quraşdırılıb, Mingəçevir şəhər və Gəncə stansiyalarındakı vaqon tərəziləri bərpa edilib. İmişli stansiyasında yeni vaqon tərəzisinin quraşdırılması işləri yekunlaşmaq üzrədir və digər inersiyalı yüklər yüklənən stansiyalarda da yeni vaqon tərəzilərinin quraşdırılması planlaşdırılır.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












