Hindistanda koronavirusa yoluxanların sayı 100 mini ötüb

Hindistanda ötən sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4970 yoluxma və 134 ölüm qeydə alınıb. Bununla da ölkədə yoluxanların ümumi sayı 101 min 139 nəfərə, ölənlərin sayı isə 3163-ə çatıb. Hindistan yoluxanların sayına görə dünya üzrə 11-ci sıradadır. Səhiyyə Nazirliyi indiyədək 40 minə yaxın xəstənin sağaldığını, sağalma göstəricisinin 38 faiz təşkil etdiyini açıqlayıb. Ölənlərin 70 faizindən çoxunda yanaşı xəstəliklər olub. Ən pis vəziyyət Maharaştra, Tamil Nadu, Qucarat ştatlarında və paytaxt Dehlidədır.
Qeyd edək ki, mayın 19-dan Hindistanda xüsusi karantin rejiminin 4-cü mərhələsi başlayıb. Daxili İşlər Nazirliyi mayın 31-dək davam edəcək bu mərhələdə bəzi yumşalmaları elan edib. Bura idman arenaları və stadionlarında yarışların tamaşaçısız təşkili, nəqliyyat vasitələrinin ştatlararası hərəkəti, kafe və restoranların müştərilərə yalnız evlərə və iş yerlərinə çatdırma xidmətləri daxildir. Qatarların və metronun hərəkəti, beynəlxalq və daxili sərnişin uçuşları, bütün tədris ocaqlarının, hotel və digər qonaqlama mərkəzlərinin, teatr və kinoteatrların, ticarət mərkəzlərinin, idman zalları və üzgüçülük hovuzlarının fəaliyyətinə olan qadağalar qüvvədə qalıb. Bundan başqa, zəruri hallar istisna olmaqla, axşam saat 7-dən səhər saat 7-dək insanların küçələrdə hərəkəti qadağandır.
İki aydır davam edən xüsusi karantin rejimi ölkə iqtisadiyyatına böyük təsir göstərib. "Moody" Beynəlxalq Reytinq Agentliyi Hindistan iqtisadiyyatında il ərzində artım olmayacağını proqnozlaşdırıb. Hökumət mayın 10-dan sanitar-gigiyena qaydalarına ciddi əməl etməklə bəzi istehsal müəssisələrinin fəaliyyətini bərpa etməsinə icazə verib. (azərtac)
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












