Bibiheybət yolunda işlər nə yerdədir? - VİDEO

Bir müddət əvvəl uçan Bibiheybət yolunda tikinti-bərpa işlərinin sonuncu mərhələsinə başlanıb. Ərazidə istinad divarının biri tikilib, dayanıqlığı daha da möhkəm etmək üçün ikincinin tikintisi aparılır.
Tikinti-bərpa işləri sözügedən ərazidə aparılan geoloji-kəşfiyyat işlərinin hesabatına uyğun Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, "Avtomobil Yolları Dövlət Agentliyi"nin və xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə əsasında aparılır.
''Avtomobil Yolları Dövlət Agentliyi''nin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, ərazidə mütəxəssislər araşdırma aparıblar, hazırda sürüşmə yoxdur.
Yolun hərəkət hissəsinin tam bərpası istiqamətində addımlar atılır. Bu məqsədlə yamacın doldurulması üçün əraziyə qrunt gətirilərək dolğu işləri görülür. Əraziyə dolğu üçün qruntun gətirilməsi ağır tonnajlı yük maşınları vasitəsi ilə təmin olunduğundan digər hərəkət iştirakçılarının təhlükəsizliyi məqsədilə sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti bu həftənin sonunadək qısa müddətlik məhdudlaşdırılıb. Bundan sonra yola asfalt qatı vurulacaq. İşlər layihəyə uyğun olaraq bu ayın sonu iyunun əvvəlinə qədər yekunlaşacaq.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











