Biləsuvarda “06” oğurluq edən şəxslər saxlanılıb – FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluq edən rayon sakinləri saxlanılıb. Saxlanılarkən onlardan birinin üzərindən narkotik vasitə də aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Biləsuvar rayon sakini İ.Hüseynov ona məxsus “Vaz 2106” markalı avtomobildən gecə saatlarında 420 manat dəyərində maqnitafonun, akkumlyator və təmir-tikinti alətlərinin oğurlandığını bildirib. Bİləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətmiş şəxslər müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onların rayon sakinləri Kamran Şirəli və əvvəllər məhkum olunmuş Elnur Hüseynov olduğu müəyyən edilib. Saxlanılarkən E.Hüseynovun üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Polis əməkdaşlarının K.Şirəli və E.Hüseynovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onların rayon ərazisində daha 4 avtomobildən maqnitafon və akkumlyator oğurladıqları müəyyən edilib. Oğurlanan əşyaların bir qismi onlardan maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.
Namiq Musayev

Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI












