“Bilirəm, çox ağrılı və zəhmətli iş idi” - Hikmət Hacıyevdən jurnalistlərə - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev WUF13-ün sonuncu günündə jurnalistlərlə söhbətləşib.
Avtosfer.az xəbər verir ki, o, jurnalistlərə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) gördükləri işlərə görə minnətdarlığını bildirib.
“Azərbaycan mediası öz vətənpərvərliyini və peşəkarlığını göstərdi. Dəqiq və çevik formada bütün bu məlumatlar ictimaiyyətə çatdırıldı. Həmçinin Azərbaycan mediası öz peşəkarlığını beynəlxalq media ilə birlikdə, hətta rəqabət prinsipləri əsasında fəaliyyət göstərərək çox operativ surətdə məlumatların verilməsini təmin etdi.
Buna görə hər birinizə təşəkkür edirəm, bilirəm çox ağrılı və zəhmətli bir iş idi. Hər gün erkən saatlardan axşamadək intensiv fəaliyyət göstərirdiniz. Sizin fəaliyyətinizin nəticəsidir ki, ölkə ictimaiyyətində də WUF13-ə çox böyük maraq var. Sizin hər birinizə, redaksiyalarınıza, fotoqraflara öz təşəkkürümü bildirirəm”, - H. Hacıyev qeyd edib.
Həmin görüntüləri təqdim edirik:
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












