Binaya sonradan əlavə edilən 2 mərtəbə söküləcək - VİDEO

Bakının Günəşli qəsəbəsində uzun müddətdir yaşayış olan 15 mərtəbəli binanın üzərində əlavə tikilən iki mərtəbə söküləcək. Bunu bu gün əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov jurnalistlərə açıqlamasında bildirib.
E.Əsədov qeyd edib ki, “Badükübə” Mənzil Kooperativ Müəssisəsi binanın tikintisinə 2008-ci ildə başlayıb: “Bir müddət keçdikdən sonra bina istifadəyə verilib, insanlar məskunlaşıblar. Lakin binanın istismarına dövlət və müvafiq qurumlar tərəfindən icazə verilməyib.
Kooperativin rəhbərliyi tərəfindən binanın üzərində daha iki mərtəbənin qanunsuz tikintisi başlayıb. Bununla əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən “Tikinti və şəhərsalma” Məcəlləsinin 95-ci maddəsinə uyğun olaraq, tikinti işlərinin saxlanılması və bir il müddətində qanunsuz tikintinin qanuniləşdirilməsi, müvafiq sənədlərin təqdim edilməsi barədə tapşırıq verilib. Bu tapşırığın icrası qanunla məcburi olsa da, uzun müddət keçməsinə baxmayaraq, MTK rəhbərliyi tərəfindən bu günədək Fövqəladə Hallar Nazirliyinə və digər icazə verən qurumlara heç bir icazəverici sənəd təqdim olunmayıb. Məhz bunları nəzərə alaraq dərhal binanın üzərində qanunsuz tikilən iki mərtəbənin söküntüsünə başlanılmasına qərar verilib. Yaxın günlərdə vətəndaşlar və media nümayəndələri söküntünün şahidi olacaqlar. Söküntüyə bu cür tikililərin sökülməsi üçün xüsusi təcrübəsi olan şirkət cəlb olunacaq. MTK-ya verilən vaxt başa çatıb və daha əlavə tikiliyə icazə verilməyəcək”.
Qeyd edək ki, bir neçə gün əvvəl “Qafqazinfo” əməkdaşları da sözügedən binaya baş çəkib vəziyyəti işıqlandırmışdı. (“Qafqazinfo”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











