Binədə narkotik satışı ilə məşğul olan dəstə üzvləri saxlanılıb - VİDEO

Binə qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan 5 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıblar.
Bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb.
Əməliyyatlar zamanı Aygün Rzayeva, Nəsimi Yunisli, Vidadi Nəzərzadə, Vüsal Ələkbərov və Elvin Şərifov tutulublar.
Araşdırmalar zamanı müəyyən edilib ki, Aygün Rzayeva Binə qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirmək üçün şəbəkə yaradaraq Nəsimi Yunisli və digərlərini bu işə cəlb edib.
O, narkotik vasitələri isə sosial şəbəkələr vasitəsi ilə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib. Aygün Rzayeva və onun şəbəkəsinə daxil olan şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib.
Saxlanılan şəxslər izahatlarında narkotik vasitələri Aygün Rzayeva və Nəsimi Yunislidən aldıqlarını etiraf ediblər.
Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinə göndərilib. Narkotik vasitələrin Xəzər rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












