Binəqədidə gizli fəaliyyət göstərən oyun zalı aşkarlanıb - FOTO + VİDEO

Bakının Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “play station” oyun zalı aşkar edilib. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində paytaxt sakini Cəlal Cabbarlının “play station” salonu işlətdiyi məlum olub. Obyektə baxış zamanı daha iki nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. C.Cabbarlı və müştərilər saxlanılaraq Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə gətiriliblər. Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar.
Namiq Musayev


Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












