Binəqədidə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO + VİDEO

Bakıda Binəqədi rayonu A.Gəraybəyli küçəsində yerləşən “Kəndimiz” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı kafedə karantin qaydalarını pozan 6 nəfər saxlanılaraq 5-ci Polis Bölməsinə gətirilib.
Xüsusi karantin qaydalarını pozan şəxslər barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.
Obyektin sahibinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Namiq Musayev
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB



















