Bir neçə ictimai iaşə müəssisəsi bağlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları Ağstafa rayon İcra Hakimiyyəti və rayon polis şöbəsinin nümayəndələri ilə birgə rayonun mərkəzi bazarında və ictimai iaşə müəssisələrində monitorinq keçirib.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, monitorinq zamanı bəzi müəssisələrin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
Belə ki, “Dostluq” firmasına məxsus Ağstafa rayon mərkəzi bazarında yeyinti məhsullarının satışı zamanı sanitar-gigiyena norma və qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilib. Bundan başqa bazarda heyvan mənşəli məhsulların (ət və ət məhsulları, süd, qatıq, pendir və s.) sanitar-gigiyenik vəziyyəti qeyri-qənaətbəxş olan vitrinlər üzərində qida məhsullarının üstü açıq şəraitdə, mal qonşuluğu prinsipi və temperatur rejiminə riayət edilmədən satışının həyata keçirildiyi aşkarlanıb.

Reyd zamanı “Şahquluoğlu” ASC-yə məxsus “Nəsiboğlu”, fiziki şəxs Novruzov Niyazi Fərhad oğluna məxsus “Göyçə” və fiziki şəxs Babayev Hafiz Mübariz oğluna məxsus “Dostlar” kafelərində sanitar-gigiyenik qaydaların kobud şəkildə pozulduğu aşkar edilib. Həmin obyektlərin mətbəx sahələri və müştəri qəbulu zallarının ümumi sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olduğu, qida məhsullarının saxlanması zamanı qida təhlükəsizliyi tələblərinə və sanitar qaydalarına riayət edilmədiyi, hətta bəzilərində tullantıların vaxtında kənarlaşdırılmadığı, birbaşa mətbəx sahəsində saxlandığı məlum olub. Eyni zamanda həmin kafelərdə mütəmadi olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin aparılmadığı, işçilərin işə qəbul edilməzdən əvvəl və dövri olaraq tibbi müayinədən keçmədikləri, eləcə də xüsusi gigiyenik geyimlərdən (maska, əlcək, gigiyenik baş geyimi, xalat) istifadə etmədikləri aşkarlanıb.
Qanunvericiliyin tələbləri çərçivəsində ictimai iaşə müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










