Bir qrup xarici jurnalist Ağdamda səfərdədir - FOTO

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gələn bir qrup xarici jurnalist Ağdam rayonundakı İmarət tarixi kompleksinə baş çəkib və Sarıcalı kəndində ərazinin minalardan təmizlənməsi əməliyyatlarının gedişi ilə tanış olub.
“Report” xəbər verir ki, xarici KİV nümayəndələrinə İmarət kompleksi haqqında məlumat verilib.
Bildirilib ki, Ağdam rayonunun erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi olan Pənahəli xanın qalasıdır.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov qeyd edib ki, bu ərazidəki tarixi abidələrin əksəriyyəti artıq yoxdur, onlar dağıdılıb. Daha sonra o, jurnalistləri kompleksin ərazisini gəzməyə və erməni vandalizminin şahidi olmağa dəvət edib.
Daha sonra jurnalistlər Ağdam rayonunun Sarıcalı kəndində ərazinin minalardan təmizlənməsi əməliyyatlarının gedişi ilə tanış olublar.
Qarabağa səfər çərçivəsində jurnalistlərə keçmiş münaqişənin tarixi, əzəli Azərbaycan torpaqlarının 30 illik işğalı, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi barədə məlumat verilib.
"Azərbaycan ərazisinin böyük bir hissəsi təxminən 30 ilə yaxın işğal altında olub. Əraziləri işğaldan azad etdikdən sonra Azərbaycanın qarşılaşdığı ilk problem minalarla bağlı olub. Qarabağ dünyada minalarla ən çox çirklənmiş ərazilərdən biridir", - deyə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov jurnalistlərə məlumat verib.
A.İmanov Azərbaycanın ərazilərin ən sürətli və effektiv şəkildə minalardan təmizlənməsi üçün bütün üsullardan istifadə etdiyini, bu məqsədlə minaaxtaran itlərdən, minatəmizləmə maşınlarından istifadə edildiyini, eləcə də süni intellektə əsaslanan texnologiyaların tətbiq olunduğunu nəzərə çatdırıb.
"Biz minaların axtarışında dronlardan da istifadə edirik. Azərbaycan bu təcrübəni tətbiq edən ilk ölkədir", - deyə xüsusi nümayəndəliyinin böyük məsləhətçisi əlavə edib.
Onun sözlərinə görə, minalanmış ərazilərin sahəsi böyük olduğuna görə minalardan təmizləmə ilk növbədə əsas sənaye layihələrinin - yolların, yaşayış komplekslərinin və s. yaradılacağı yerlərdə aparılır.
Qeyd edək ki, səfərdə müxtəlif ölkələri, o cümlədən Qoşulmama Hərəkatına daxil olan ölkələri təmsil edən 30-dan çox jurnalist iştirak edir.
İranla atəşkəs barədə düşünəcəyik - TRAMP
Sərnişinlər vahid nəqliyyat şəbəkəsindən istifadə edəcəklər - VÜSAL ASLANOV - FOTOLAR
Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - AÇIQLAMA
Şuşa şəhərinə giriş və çıxış istiqamətləri dəyişdirilir
Bakıda ilk tramvay xətti bu istiqamətdə olacaq
Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşılıb
Paytaxtda marşrut avtobusu ilə avtomobil toqquşub - VİDEO
“İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” - MEDİA-da dəyirmi masa - VİDEO
Bu marşrutun avtobusları YENİLƏNİR - Gedişhaqqı 60 qəpik olacaq
Sabah yolu bu küçələrdən keçənlərin DİQQƏTİNƏ! - Monitorinq olacaq
Paytaxtın 22 küçəsində sıxlıq var - SİYAHI










