Bir sıra ölkələrə aviareyslər bərpa ediləcək

Qazaxıstan avqustun 17-dən etibarən bəzi ölkələrə beynəlxalq uçuşları bərpa edir. Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyi bildirib ki, BƏƏ, Belarus, Almaniya, Niderland, Misir, Ukrayna və Rusiya Federasiyasına mərhələli şəkildə beynəlxalq uçuşlar həyata keçiriləcək.
Müvafiq qərar Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə əsasən epidemioloji şərait nəzərə alınmaqla koronavirus infeksiyasının yaranmasına və yayılmasına yol verilməməsi üzrə İdarələrarası Komissiya tərəfindən qəbul edilib. Müvafiq qərar avqustun 11-də Ümumdünya Səhiyyə Təşkilatının xəritəsinə əsasən epidemioloji şərait nəzərə alınmaqla koronavirus infeksiyasının yaranmasına və yayılmasına yol verilməməsi üzrə İdarələrarası Komissiya tərəfindən qəbul edilib.
Xatırladaq ki, yeni koronavirusun yayılması ilə əlaqədar cari il martın 16-dan mayın 11-dək ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimi çərçivəsində həm daxili, həm də beynəlxalq uçuşlar dayandırılıb, may ayının 25-dən daxili uçuşlar bərpa edilib. (AZƏRTAC)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












