Bir yük avtomobili həcmində narkotik aşkarlandı - FOTOLAR
Gündəm
17 Avqust 2020 11:33

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbiri nəticəsində böyük həcmdə narkotik maddə dövriyyədən çıxarılıb. DİN Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində narkotik tərkibli bitkilərinin kultivasiyası və satışı ilə məşğul olan rayon sakini Ceyhun Cəbrayılovun yaşadığı ünvana baxış keçirilib.
Keçirilən baxış zamanı C.Cəbrayılovun yaşadığı evdən satış məqsədi ilə sellofan torbalarda və kibrit qutularında qablaşdırılmış qurudulmuş marixuana və bir ədəd elektron tərəzi, həyətindən xüsusi aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi hündürlüyü 80-280 sm arası olan 361 ədəd çətənə kolları aşkarlanıb. Aşkarlanan narkotik maddələr və çətənə bitkiləri qablaşdırılaraq bioloji ekspertizaya təqdim olunub.
Dindirilmə zamanı C.Cəbrayılov törədiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Fidan
Oxunub : 1040
DİGƏR XƏBƏRLƏR
27 Sentyabr 2026 15:24
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
27 Sentyabr 2026 12:36
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
27 Sentyabr 2026 00:00
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
26 Sentyabr 2026 19:45
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
26 Sentyabr 2026 19:41
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
26 Sentyabr 2026 19:35
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
26 Sentyabr 2026 16:47
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
26 Sentyabr 2026 16:29
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
26 Sentyabr 2026 15:00
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
26 Sentyabr 2026 12:22
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
26 Sentyabr 2026 11:45
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
26 Sentyabr 2026 10:58
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
ŞƏRH YAZ
















