Birdəfəlik ödəmə verilməyən 20 minə yaxın şəxs ictimai işlə razılaşmayıb

"Hansı yerlərdə dövlət tərəfindən iş yerləri bağlandısa, həmin işçilərə də birdəfəlik ödəmələr edildi. Bu o demək deyil ki, hər hansı say azalmasına gedildi".
Avtosfer.az xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gün üçün siyahıda olan şəxslərin yenidən ödəniş alması ilə bağlı yoxlanış kriteriyalarına heç bir dəyişiklik olmayıb: "Qaydalar elə əvvəlki kimidir. İctimai iş yerlərinə gəlincə, iş təkcə haranısa süpürməklə bağlı deyil. Siyahıda kifayət qədər başqa iş təklifləri var. Bu sadəcə sosial dəstək üçündür və aztəminatlı şəxslərə görə nəzərdə tutulub. Aztəminatlılıq meyarına görə 190 manatdan imtina alanlara iş təklifi edilsə də, təxminən 20 minə yaxın şəxs (1%) bununla razılaşmayıb. Orta gəlirli insanlar üçün başqa mexanizmlər var idi. Bunun üçün sahibkarlara müəyyən güzəştlər edildi. Kimsə deməsin ki, yüksək ixtisaslı mütəxəssis ictimai işlərə cəlb edilsin. Çünki hər iki təbəqə üçün fərdi mexanizmlər hazırlanıb".
S.Babayev bildirib ki, pandemiya dövründə bir çox iş yerlərinin bağlanması qaçılmaz idi: "Kimsə də zəmanət verə bilməzdi ki, bağlanan iş yerlərində çalışanların hamısı iş tapacaqdı".
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












