Birinci qız, sonra sevgilisi özünü dənizə atdı - Bulvardakı intiharın təfərrüatı

Bakıda sevgililərin qovuşmasına razılıq verilməməsi sonda ölümlə nəticələnib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bu gecə 2 radələrində bir nəfərin Bakı bulvarında dənizə düşməsi barədə yayılan rəsmi açıqlamanın detalları məlum olub. Belə ki, Sabirabad rayonunun Qardaşlı kənd sakinləri olan 1995-ci il təvəllüdlü Balahüseyn Məmmədov Zöhrab oğlu və 1998-ci il təvəllüdlü Günel Rzazadə Müğdət qızı bir-birlərini seviblər. Lakin ailələr onların birlikdə olmasına razı olmayıb. Buna görə də cütlük Bakıda bulvarda görüşüb.
İlk olaraq Günel Rzazadə intihar etmək məqsədilə özünü dənizə atıb. Sevgilisini xilas etmək istəyən Balahüseyn Məmmədov da onun arxasınca özünü suya atıb. G.Rzazadə hadisə nəticəsində suda boğularaq vəfat edib. B.Məmmədov isə xilasedicilər tərəfindən sudan sağ çıxarılıb.
***
Hava şəraiti ilə bağlı Xəzər dənizinin kəskin dalğalı olması səbəbindən G.Rzayevanın meyitinin axtarışı mümkün olmayıb. B. Məmmədov Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti kafidir. Faktla bağlı Cinayət Məcəlləsinin özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI












