İşsiz vətəndaşlar iyunda 190 manat ala biləcək? - RƏSMİ AÇIQLAMA
Gündəm
19 May 2020 00:16

May ayı üçün 300 min nəfər birdəfəlik yardım ödənilib
Artıq aprel ayı üçün işsiz və aztəminatlı vətəndaşlara dövlət tərəfindən birdəfəlik yardım (190 manat) edilib. Məlumata görə, may ayı üçün də ödənişlərin bir qismi həyata keçirilib. Avtosfer.az xəbər verir ki, qazet.az-ın suallarını cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirir ki, may ayı üçün 300 min nəfər birdəfəlik yardım (190 manat) ödənilib. Proses davam edir. "Aprel ayının ödənişi tam yekunlaşıb. May ayının ödənişi də artıq 300 min nəfərə ödənilib. Bu, 2 aylıq müddətdə pandemiya dövründə dövlətin işsiz vətəndaşlara, bu dövrdə işini itirən vətəndaşlara, aztəminatlı vətəndaşlara qayğısını əks etdirən sosial dəstək tədbiridir", - deyə Fazil Talıbov bildirir.
190 manat yardım alanları maraqlandıran əsas sual isə növbəti ay üçün də bu ödənişlərin həyata keçirilib-keçirilməyəcəyidir. "Növbəti ay üçün proses nəzərdə tutulmayıb. Hökumətin qərarından asılı olacaq məsələdir", - nazirliyin sözçüsü qeyd edib.
Oxunub : 1194
DİGƏR XƏBƏRLƏR
1 Oktyabr 2026 21:30
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
1 Oktyabr 2026 18:05
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
1 Oktyabr 2026 12:30
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
1 Oktyabr 2026 10:23
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
30 Sentyabr 2026 21:55
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
30 Sentyabr 2026 21:00
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
30 Sentyabr 2026 18:54
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
30 Sentyabr 2026 18:03
Bu yollarda tıxac var - SİYAHI - FOTO
30 Sentyabr 2026 16:41
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
30 Sentyabr 2026 16:00
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
30 Sentyabr 2026 12:48
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
29 Sentyabr 2026 21:00
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
ŞƏRH YAZ












