“Bizim Market” və “Maşın bazarı”ndan 60 minlik ianə

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna "Üzeyir-2" Kiçik Müəssisəsi (Babək prospektində yerləşən "Maşın bazarı") tərəfindən 60 min manat ianə ayrılıb.
Avtosfer.az xəbər verir ki, “Biz şirkət olaraq ictimai borcumuzu, Korporativ Sosial Məsuliyyət öhdəliklərimizi hər zaman qürürla həyata keçirir və bu istiqamətdə atılan bütün addımlara dəstək oluruq”, - “Qafqazinfo”ya daxil olan məlumatda qeyd olunub.
Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə "Bizim Market"in bütün mağazalarında, şirkətin mərkəzi ofis və anbarında mütəmadi olaraq dezinfeksiya işləri və profilaktik tədbirlər həyata keçirilir.
Qeyd edək ki, 20 ildir Azərbaycan bazarında fəaliyyət göstərən "Bizim Market"in Bakı və Xırdalan şəhərlərində 14 mağazası ənənəvi rejimdə fəaliyyət göstərir. Bununla yanaşı, pandemiya dövründə evlərə çatdırılma xidməti həyata keçirilir.

"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












