Külək Bakıda ciddi FƏSADLAR TÖRƏTDİ - FOTO

Ötən gecədən müşahidə edilən güclü külək paytaxt Bakıda və bəzi regionlarda elektrik enerji təsərüffatına ciddi ziyan vurub və nəticədə bəzi ərazilərdə elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb. “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.
Avtosfer.az-a ASC-dən verilən məlumata görə, 2-ci Zabrat qəsəbəsində Maştağa yoluna çıxan xəttin üzərinə ağac aşaraq 0,4 kV-luq ÖİN kabel xətlərini zədələyib. Ən çox ziyan Şimal RETSİ-nin ərazisində qeydə alınıb. Külək Quba, Qusar və Xaçmaz rayonlarında elektrik xətlərinə ciddi ziyan vurub. Bir neçə ərazidə ağaclar elektrik xətlərinin üzərinə aşıb. Quba şəhərində külək 5 mərtəbəli binanın damını elektrik xəttinin üzərinə aşırıb. Qəza baş verən ərazilərə əlavə mal-materal göndərilib və texnika cəlb olunub, xətlərdə bərpa işləri görülüb. Operativ tədbirlər nəticəsində abonentlər qısa zaman ərzində fasiləsiz elektrik enerjisi ilə təmin olunublar.
“Azərişıq” ASC abonentlərindən xahiş edir ki, baş verən qəza və açılmalarla bağlı dərhal “Azərişıq” ASC-nin 199 saylı çağrı mərkəzinə məlumat versinlər.



"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












