BMT Baş katibi səfirliyimizə edilən terror aktını pislədi
Gündəm
27 Yanvar 2023 21:00

BMT Baş katibi Antoniu Quterreş Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını qətiyyətlə pisləyib.
Bunu BMT-nin sözçüsü Stefan Düjarrik deyib.
“İlk növbədə öldürülən hərbçinin ailəsinə və Azərbaycan xalqına başsağlığı veririk. Biz İran hakimiyyətinin dərhal araşdırma apardığını və bu istiqamətdə sürətlə hərəkət etdiyini görməkdən şadıq. Bildirmək istərdik ki, diplomatik missiyaya hücum həm də beynəlxalq hüququn açıq-aydın pozulmasıdır”, - deyə sözçü vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşı isə yaralayıb. (qafqazinfo)
Oxunub : 1334
DİGƏR XƏBƏRLƏR
23 Noyabr 2026 20:15
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
23 Noyabr 2026 18:54
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
23 Noyabr 2026 17:46
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
23 Noyabr 2026 16:23
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
23 Noyabr 2026 16:18
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
23 Noyabr 2026 15:23
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı
23 Noyabr 2026 14:11
“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?
23 Noyabr 2026 12:18
Bakıda tunel və yol layihələri niyə gecikir?- Deputat AÇIQLADI
23 Noyabr 2026 11:30
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT
23 Noyabr 2026 10:36
“Hələ yazılacaq çox hekayəm var…” - Sonuncu dəfə bu paylaşımı edib
23 Noyabr 2026 08:47
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
22 Noyabr 2026 17:16
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
ŞƏRH YAZ












