BMT-dən QORXULU AÇIQLAMA: "Ölənlərin sayı 40 mini keçəcək"

Türkiyə və Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 40 mini keçəcək.
Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, bu fərziyyəni Adanada olan BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits "Sky News"a müsahibəsində irəli sürüb.
"Dəqiq qiymət vermək çox çətindir, çünki dağıntılar hələ təmizlənməyib, lakin əminəm ki, ölənlərin sayı iki və ya daha çox artacaq", - o deyib.
Qriffits əlavə edib ki, zəlzələ fəsadlarının öhdəsindən gəlmək Suriyaya daha çətin başa gəlir:
"Humanitar nöqteyi-nəzərdən acı həqiqət ondan ibarətdir ki, Suriya xalqının tələbatları ildən ilə artır və, ürəkaçıq ianələrə baxmayaraq, onları təmin edə bilmirik. Nəticədə tam yoxsulluq içində yaşayan Suriya sakinlərinin sayı artır və indi bu, əhalinin 90 %-nə çatır".
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












