BMT-nin qlobal proqramının rəhbəri Azərbaycana belə təşəkkür etdi - FOTO

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycana və WUF13-ün bütün təşkilatçılarına minnətdarlığını bildirib.
Avtosfer.az xəbər verir ki, bu barədə icraçı direktor Bakıda WUF13-ün bağlanış mərasimindəki çıxışı zamanı bildirib.
Rossbax çıxışında Bakının bu cür qonaqpərvər qəbuluna görə Azərbaycan hökumətinə, xüsusən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə və onun bütün komandasına, Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə minnətdarlığını bildirib.
"UN-Habitat komandasına təşəkkürümü bildirmək istəyirəm - son iki il ərzində siz məzmunlu, innovativ və əhəmiyyətli təsir göstərən forumun keçirilməsini təmin etmək üçün yorulmadan çalışdınız.
Sizin peşəkarlığınız, coşğunuz və işinizə olan sadiqliyiniz həqiqətən də böyük təəssürat yaratdı.
BMT komandasını xüsusilə qeyd etmək istərdim. Sizin buradakı güclü iştirakınız vahid BMT sisteminin əsl ruhunu əks etdirirdi.
BMT-nin Mühafizə və Təhlükəsizlik Departamentinə - bizim qayğımıza qaldığınız üçün, qətiyyət və mehribanlığın vəhdətinə görə təşəkkür edirəm.
WUF13 Əməliyyat Şirkətinə, könüllülərə, tərcüməçilərə, keyterinq xidmətlərinə, xidmət təminatçılarına və bütün tərəfdaşlara - minnətdarlığımız çox böyükdür", - deyə Rossbax əlavə edib
O, həmçinin tədbiri işıqlandıran kütləvi informasiya vasitələrinə təşəkkür edib: "Bakıdan olan mesajı dünyaya çatdırmağa kömək etdiyiniz üçün təşəkkür edirəm. Dünya bu fəaliyyətə çağırışı eşitməlidir. Qlobal şəhər ictimaiyyətinin rolunu xüsusilə vurğulamaq istərdim.
Siz, sizə məxsus olan foruma bilik, təcrübə, yaradıcılıq və ilham gətirdiniz.
Siz fəaliyyət tələb etdiniz, lakin eyni zamanda bütün dünyanı yaşayış yeri ilə təmin etməyin mümkün olduğunu bizə xatırlatdınız. Və budur, biz buradayıq, bu çağırışa cavab verməyə hazırıq".
Səfər Əlizadə
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












