BNA avtobuslarda sərnişin sıxlığına aydınlıq gətirdi

Sərt karantin rejimin tətbiq edilməsi çərçivəsində metronun fəaliyyətinin dayandırılması ilə avtobuslara olan tələbat artıb. Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib. Onun sözlərinə görə bu da təbiidir, çünki metrodan əlavə fəaliyyətdə olan tək ictimai nəqliyyat növü avtobuslardır: "Bunu nəzərə alaraq müntəzəm xətlərlə yanaşı sərnişinlərin rahat gediş-gəlişini təmin etmək üçün 7 ekspres marşrut xəttlərin fəaliyyəti bərpa edilib. Bununla yanaşı sərnişin tələbatını qarşılamaq üçün avtobusların sayı da artırılıb. Əgər iyulun 3-dək gündəlik xəttə 153 marşrut xətti üzrə 1650 avtobus çıxırdısa hazırda ümumilikdə xəttə 1850-dən artıq avtobus çıxır. Hər gün səhər və axşam zərurət olan istiqamətlərdə eskpres xətlərə əlavə avtobuslar cəlb edilir. Hər gün ekspres xətlər üzrə 70-dən artıq avtobus ehtiyyat olaraq cəlb edilir. Bir avtobusun bir xətdən digərinə keçməsi əslində çox çətin bir prosesdir. Ən əsası sürücüyə marşrut xətti təlimatlandırılmalıdır. Lakin indiki halda belə bir zaman baxımından rahatlığımız yoxdur. Hər şey çevik olmalıdır. Həmçinin təhlükəsiz formada icra olunmalıdır. Bu gün aprel-may aylarına da nəzər yetirsəniz sərnişindaşımalarında hər hansı bir ciddi qəza halı qeydə alınmayıb. Həyata keçirilən əksepidemik tədbirlər sayəsində bu gün ictimai nəqliyyatın işinin təşkilində zəhməti keçənlər arasında ciddi yoluxma halı yoxdur. Bütün bunlar düzgün idarə etmənin düzgün yanaşmanın nəticəsidir. Bəli bu gün səhər və axşam saatlarında sərnişin artımı müşahidə olunur. Gündəlik qeydə alınan rəqəmlər də hər ötən gün sərnişin səfər sayının orta hesabla 5-6% artıdığını göstərir".
Mais Ağayev bildirib ki, bu gün həm ekspres, həm müntəzəm xəttlər üzrə qeydə alınan sərnişin səfər sayı 940 mindən artıqdır: "Qeyd etdiyim kimi bu rəqəm hər ötən gün də artır. Metronun fəaliyyət göstərdiyi müddətdə yəni iyul ayının 3-dək avtobuslarla gündəlik sərnişin səfər sayı isə 824 mindən artıq olub. Həmçinin, ekspres xətlər üzrə avtobusların iş qrafiki də məhz sərnişin tələbatının qarşılanması məqsədi ilə dəyişdirildi. Yeni qrafikə əsasən ekspres xətlər üzrə avtobuslar 06:30-21:00 rejimində çalışır. Yəni ümumilikdə gündəlik xəttə çıxan avtobus sayı, avtobusların iş qrafiki, intervalının tənzimlənməsi baxımından bütün zəruri addımlar atılır. Bu gün sıxlığın olmaması üçün sərnişinlərimiz tərəfindən də müəyyən addımlar atılmalıdır. İlk olaraq dayanacaqlarda sosial məsafə gözlənilməlidir. Avtobusda sıxlıq varsa növbəti avtobusu gözləmək lazımdır". (Trend)
ADY rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
Bakı vahid nəqliyyat sistemi nə vəd edir? – ŞƏRH
Nəsimidə sürücülərə təhlükə yaradan yaşıllıq budandı - VİDEO
Prezidentlə xanımı Fəxri xiyabanda - FOTOLAR - YENİLƏNİB
Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım etdi - FOTO
Avtomobil sahiblərinə pis xəbər: Yağ qıtlığı yarana bilər – ARAŞDIRMA
Həftəsonu Bakıda iki küçə təmirə bağlanacaq - Sürücülərin DİQQƏTİNƏ
“Prioritet” daha sürətlidir? “Çatdırılma” necə işləyir? - Bilməli olduğunuz məqamlar
Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq
Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR: 40 dayanacaq olacaq - VİDEO
Yollarda təmir işləri niyə gecikir? – RƏSMİ AÇIQLAMA








